FED-in yeni sədri kim olacaq?

ABŞ prezidenti Donald Tramp açıqlamasında Cerom Paeulli (Jerome Powell) FED-in sədrliyinə namizəd göstərdiyini bildirib. Tramp açıqlamasında Pauellin mühakimə və zəkası ilə mərkəzi bankdakı iş yoldaşlarının və Konqres üzvlərinin hörmətini qazandığını söyləyib.

Tramp dünya iqtisadiyyatının ən mühüm aktorlarından biri olan FED sədrliyinə namizədin adını Ağ Evdə keçirdiyi mətbuat konfransında açıqlayıb. Tramp toplantıya Pauell ilə birlikdə gəlib.

Qeyd edək ki, Pauell faizin mərhələli artırılmasının tərəfdarıdır və Ağ Evin maliyyə tənzimləmələrinin azaldılması çağırışına müsbət baxır. O, özəl şirkətdə çalışıb.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə