“Azərbaycan, Rusiya İran prezidentlərinin Tehranda keçirilən görüşü cənab Prezidentimiz İlham Əliyevin müəyyənləşdirdiyi çoxşaxəli və çoxistiqamətli xarici siyasətimizi həyata keçirən diplomatiyamızın uğurlu fəaliyyətinin konkret təzahürüdür”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Musa Qasımlı deyib.
Onun sözlərinə görə, bu, bir daha təsdiq edir ki, dövlətimiz bəzən bir-biri ilə soyuq və gərgin münasibətləri olan müxtəlif ölkələrlə bacarıqla əməkdaşlıq edə bilir:
“Tehran görüşü bir daha göstərdi ki, dövlətimizin yürütdüyü xarici siyasət geniş və əhatəli olub, Azərbaycanı təkcə Şərq və Qərb arasında deyil, eyni zamanda Şimal və Cənub arasında qovşaq şəbəkə ölkə halına gətirir, ölkəmizin dünya siyasətində rolunu artırır və beynəlxalq mövqelərini möhkəmləndirir. Məhz bu üçtərəfli əməkdaşlıq nəticəsində Şimal-Cənub dəmiryol xəttinin işə düşməsi böyük əhəmiyyət daşıyacaq, ölkəmizi Fars körfəzinə, Hind okeanına çıxaracaq və Ermənistan tərəfindən blokada da saxlanılan Naxçıvanın da problemlərini həll etməyə kömək olacaq. Bu görüş regional təhlükəsizliyə töhfə verəcək. Cənab Prezidentimiz İlham Əliyevin Tehranda üçtərəfli formatda keçirdiyi görüş Azərbaycan dövlətinin beynəlxalq nüfuzunu daha da artırır, millətimizin mənəvi-psixoloji ruhunu və özünə inam hissini yüksəldir.”
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB