“Broyler” hava xəttinin 3,5 kilometrlik hissəsində təmir işləri başa çatıb
"Mingəçevir REŞ"-in də xidməti ərazilərində əsaslı təmir işlərinin həyata keçirilməsi istiqamətində müvafiq tədbirlər həyata keçirilir. SİA-nın məlumatına görə, Göyçay Şəbəkə Rayonunda da nəzərdə tutulmuş bir sıra tədbirlər həyata keçirilir. 110 kV-lik "Göyçay" yarımstansiyasından çıxan "Broyler" hava xəttinin 3,5 kilometrlik hissəsində cari, 35/10 kV-lik "Bığır" yarımstansiyasından çıxan II "Kənd" hava xəttində isə 1 kilometrdən çox məsafədə əsaslı təmir işləri görülüb. Rayonun Ərəb, Mirzəhüseynli, Qarabağlar, Şəhadət, Bığır və Cırqurd kəndlərinin 0,4 kV-lik elektrik verilişi xətlərinin 8 kilometrə yaxın hissəsində təmir aparılıb. Qeyd edək ki, Göyçay şəhərinin 10-04 kV-lik EVX-lərində də əsaslı təmir işləri həyata keçirilib. Beş ədəd yeni dəmir-beton dayaq, dörd ədəd isə travers istismara verilib ki, beləliklə də rayon mərkəzini elektrik enerjisi ilə təmin edən xətlərin dayanıqlığı daha da artırılıb. 6-10 kV-lik hava xətlərinin 2 kilometrdən çoxu əsaslı, 3,5 kilometri isə cari təmirdən keçib. O cümlədən, müvafiq təmir işləri 0,4 kV-lik xətlərdə də həyata keçirilib. Belə ki, 2,5 kilometr məsafədə əsaslı, 8 kilometrə yaxın məsafədə isə cari təmir işləri artıq bitib. Payız-qış mövsümünə hazırlıqla əlaqədar 110 kV-lik "Göyçay" yarımstansiyasında digər təyinatlı təmir işləri həyata keçirilib. 35/10 kV-lik "Bığır" yarımstansiyasında isə kontur torpaqlanmaları bərpa edilib və gücləndirilib. Potu kəndində isə 1 ədəd transformator məntəqəsi əsaslı təmirdən çıxarılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB