Valyuta hərracı başa çatıb

31 Oktyabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilib. SİA xəbər verir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7003 səviyyəsində formalaşıb.

Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7002 manatdır. Bu gün Elman Rüstəmov bildirib ki, “ilin sonunadək manat bahalaşa bilər”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə