Hesablama Palatasının səlahiyyətləri artırılır

Hesablama Palatasının səlahiyyətləri artırılır

Milli Məclisin bu gün keçirilən plenar iclasında "Hesablama Palatası haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik müzakirə olunub. SİA-nın xəbərinə görə, qanun haqqında məlumat verən parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə bildirib ki, dəyişikliyə əsasən, Hesablama Palatası Dövlət əmlakının idarə edilməsinə, onun barəsində sərəncam verilməsinə, dövlət büdcəsinin icra olunmasına, dövlət əmlakının özəlləşdirilməsindən əldə edilən vəsaitlərin dövlət büdcəsinə daxil olunmasına, hüquqi şəxslərə və bələdiyyələrə dövlət büdcəsindən vəsaitlər ayrıldıqda həmin vəsaitlərin təyinatı üzrə istifadə edilməsinə nəzarətin həyata keçirilməsi zamanı inzibati xəta və ya cinayət əlamətləri olan hüquqpozmalar aşkar edildikdə təxirəsalınmadan materialları müvafiq olaraq müvafiq icra hakimiyyəti orqanına və ya Azərbaycan respublikasının Baş Prokurorluğuna göndərəcək.

Dəyişiklik layihəsi müzakirələrdən sonra qəbul edilib.

Müəllif: Nailə Məhərrəmova

Bütün xəbərlər Facebook səhifəmizdə