"BTQ bütün türk ölkələrinin birləşdirilməsinə xidmət edir" MÜNASİBƏT

"BTQ bütün türk ölkələrinin birləşdirilməsinə xidmət edir" MÜNASİBƏT

“Bakı-Tiflis-Qars dəmir yolu xəttinin işə düşməsi ilə Azərbaycan regionda nəqliyyat qovşağına çevirilməsi yolunda sonuncu sayılmasa da, ən mühüm addımlardan biri atılıb və bununla da ölkəmiz hər il 50 milyondan, bir milyard dollaradək gəlir əldə etmək şansı qazanır”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Sahib Alıyev deyib.

Onun sözlərinə görə, bu dəmir yolunun ən böyük önəmi onun regionun geosiyasi xəritəsinə yenidən düzəliş edərək bütün türk ölkələrini birləşdirməsidir: “Xatırladaq ki, on il bundan əvvəl Bakı-Tiflis-Qars dəmir yolu xəttinin əsası qoyulan kimi Azərbaycanla Türkiyənin qarşı-qarşıya gətirilməsinə yönələn "futbol diplomatiyası" deyilən bir oyun ortaya atıldı. Bunun ardından da 2008-ci ilin avqustunda Ermənistanda Gümrü-Qars dəmir yolu xəttində təmir başladıldı. Bu təmirdə məqsəd Bakı-Tiflis-Qars dəmir yolu xəttininin önəmini azaltmaq idi. Həm də təkcə iqtisadi baxımdan deyil, əgər Gümrü-Qars dəmir yolu xətti işə düşsəydi, təkcə Azərbaycanın deyil, elə Türkiyənin də bundan aldığı geosiyasi zərbə iqtisadi zərərdən qat-qat artıq olacaqdı. Amma böyük türk xalqı ayağa qalxdı, bu məkrli plan baş tutmadı,

Bu planın məkrliliyini daha yaxşı anlamaq üçün 1899-cu ildə işə salınan elə həmən o Tiflis-Gümrü-Qars dəmir yolu xəttinin hansı məqsədlə çəkilməsinə diqqət yetirmək lazımdır. Onu ikinci Nikolay çəkdirib. Məqsəd də Türkiyəni Qarsadan başlayaraq İstanbula qədər Rusiyaya birləşdirməkdir.Tiflis-Gümrü-Qars dəmir yolu xətti ilk növbədə hərbi-siyasi məqsədlərə xidmət edirdi. Burada Türkiyəylə Rusiyanı birləşdirən yoldan yox, Türkiyəni Rusiyaya birləşdirmək yolundan söhbət gedirdi və bu planda ən mühüm yer "hay"ların yeridir. Plan isə baş tutmadı. Rusiya I Dünya savaşında uduzdu, inqilab baş verdi. Sonra SSRİ yardıldı. SSRİ-nin yaradılmasıyla da Güney Qafqazın xəritəsini dəyişdirərək Zəngəzuru Azərbaycandan qoparıb Ermənistan adlı qondarma dövlətin tərkibinə qatdılar. Təkcə Azərbaycanı Türkiyə ilə deyil, Altayları Anadolu ilə birləşdirən zəncir qırıldı. Bu gün pollad qollarla həmin zəncir Gürcüstan üzərindən birləşdirlir. Bunu cənab Prezident İlham Əliyev edir. Üç böyük türk dövlətinin böyükləri - Azərbaycan, Türkiyə və Qazaxıstan prezidentləriın liderləri bu Birlik gününün önəmini vurğulamaq üçün bu gün Bakıda bir araya gəlirlər. Təbriklər, cənab Prezident, Siz bunu bacardınız, Dünya Azərbaycanlılarının İkinci Qurultayında verdiyiniz vədə əməl edərək Bakı-Tiflis-Qars dəmir yolu xəttini çəkdirdiniz”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə