“Ölkənin əsas internet təchizatçısı olan Delta Telekom şirkəti internetin keyfiyyətinin pisləşməsi ilə bağlı problemin 2-ci səviyyəli provayderlərdə olduğunu bildirib”. Bu sözləri SİA-ya açıqlamasında "Multimedia" İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz deyib.
Onun sözlərinə görə, dəfələrlə vurğuladığımız “çəkidə aldatma” məsələsi yenidən gündəmə gətirilib: “Eyni zamanda, əksər provayderlərin onlara borclu oduğunu da Delta Telekom yenidən diqqətə çatdırıb. Ölkənin təxminən 70 % internet təchizatını həyata keçirən qurum borclu provayderlərdən “Qlobal Netvorks” “CNC və “Data Plus”-un internetini tamamilə kəsəcəyini də istisna etməyib. İstənilən halda qarşılıqlı problemlər səbəbindən Delta-nın hansısa borclu provayderin internetini kəsərək minlərlə internet istifadəçisini qlobal şəbəkədən ayırması yolverilməzdir.
Bu, vətəndaşların informasiya azadlıqlarının gerçəkləşməsi, bütövlükdə ölkənin informasiya təhlükəsizliyi üçün çox ciddi nəticələr verə bilər və bu, heç bir halda məqbul variat hesab oluna bilməz. Əvvəllər də bir neçə dəfə bu tip borclar, problemlər olub. Lakin, belə bir addım atmağa ehtiyac qalmayıb. Amma, şirkətin düşdüyü vəziyyət də anlaşılandır. Fikrimizcə məhkəmə variantı ən məqbul variantdır və problem hüquqi müstəvidə həllini tapmalıdır. Eyni zamanda, internetin keyifiyyəti ilə bağlı problemlə bağlı Delta-nın gətirdiyi səbəb əslində nəticədir".
Osman Gündüz daha sonra qeyd edib ki, NRYT Nazirliyi ilə birgə maraqlı tərəflərin iştirakı ilə müzakirələr aparılmalı, problemlərin əsas səbəbləri tapılmalı, internet bazarında normal tənzimləmə həyata keçirilməli, dövlət resurslarından bütün provaydrelər üçün bərabər əsaslarla istifadə imkanları yaradılmalı və ilk növbədə pərakəndə internet bazarının 50%-nə nəzarət edən dövlət provayderləri ilə bağlı ciddi problemlər öz həllini tapmalıdır. Dövlət resurslarından istifadə imkanları və vəziyyətin qeyri-bərabərliyi ilə bağlı provayderlər arasında ciddi problemlər var. Bu cür köklü problemlər həll olunmadan ciddi keyfiyyət dəyişikliyinə nail olmaq çox çətindir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB