Avro ilə bağlı mühüm qərar nə olacaq?

Avro ilə bağlı mühüm qərar nə olacaq?

Bu gün Avropa Mərkəzi Banknın (AMB, ECB) toplantısı keçiriləcək. SİA xəbər verir ki, Bakı vaxtı ilə saat 15:45-də AMB faiz qərarını açıqlayacaq, saat 16:30-da isə Sədr Mario Draghi mətbuat konfransı keçirəcəkdir. AMB-nin faiz dərəcəsini dəyişməyərək sıfırda saxlayacağı gözlənilir.

Digər tərəfdən, istiqraz alışları ilə həyata keçirilən təşviq proqramının aylıq məbləğinin azaldılacağı gözlənilir.

Həmçinin, mətbuat konfransında Avropa Mərkəzi Bankının monetar təşviq proqramından çıxışına dair detallar veriləcəyi gözlənilir. Buna bağlı olaraq avro, dollar qarşısında bahalaşır. Bu səhər avro/dollar məzənnəsi 1.1824 səviyyəsinə qalxıb.

Avropa Mərkəzi Bankı Avronun daha çoxbahalaşmasını istəmir. Bir sıra analitiklər isə bildirirlər ki, Draghi bahalaşmanın önünüə keçmək adına, “lazım olduğu təqdirdə təşviqlərin müddətinin uzadılacağı” açıqlamasını verəcəkdir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə