Fiziki imkanları məhdud insanlar işsizlik müavinəti nə vaxt alacaq?

Fiziki imkanları məhdud insanlar işsizlik müavinəti nə vaxt alacaq?

“2015-ci il hesabatına görə, ölkədə 568,149 sağlamlıq imkanları məhdud vətəndaş yaşayır ki, onlardan da yalnız 365,750 nəfərinin müəyyən iş stajı vardır”. SİA-nın məlumatına görə, bunu iqtisadçı-ekspert Vüqar Bayramov Bakıda İqtisadi və Sosial İnkişaf Mərkəzi, Avropa İttifaqının Bakı nümayəndəliyinin dəstəyi və BMT-nin İnkişaf Proqramının iştirakı ilə keçirilən milli konfransda deyib.

O bildirib ki, 2015-ci ildə 473 sağlamlıq imkanları məhdud şəxs işlə təmin olunub, 204 nəfər isə peşə hazırlığı kurslarına cəlb edilib.

Əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Natiq Məmmədov mətbuata açıqlamasından bildirib ki, yanvar ayının 1-dən Azərbaycanda işsizliyə görə sığorta ödənişi veriləcək. “İşsizlikdən sığorta haqqında” qanun layihəsinə əsasən, Azərbaycanda işsizlikdən sığorta ödənişini yalnız bəzi işsizlər ala biləcəklər: “Belə ki, bu sığorta ödənişinin təyin edilməsi hüququna yalnız dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi və ya işçilərinin ştatlarının ixtisar edilməsi nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” qanunla müəyyən olunan qaydada müvafiq icra hakimiyyəti orqanında işsiz kimi qeydiyyata alınan sığortaolunanlar malikdirlər. Lakin bu gün məşğulluq orqanlarında qeydiyyatdan keçməyən işsizlər də var. Qanunun onlara da şamil edilməsinə çalışırıq”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə