ARDNŞ sentyabr ayında 11143 metr qazma işi həyata keçirib

ARDNŞ sentyabr ayında 11143 metr qazma işi həyata keçirib
2010-cu ilin sentyabr ayı ərzində Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 11143 metr qazma işi həyata keçirib. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, bu sahədə görülən işlərin 9862 metri istismara, 1281 metri kəşfiyyata aid olub. Həyata keçirilən kəşfiyyat qazmasının 112 metri isə struktur axtarış qazmasına aid olub.

Qeyd edək ki, ümumiyyətlə, 2010-cu ilin yanvar-sentyabr aylarında ARDNŞ üzrə (Müştərək Müəssisələr və Əməliyyat Şirkətləri istisna olmaqla) 105572 metr qazma işi görülüb ki, bunun da 98532 metri istismara, 7040 metri kəşfiyyata (o cümlədən, 1156 metr struktur axtarış qazması) aid olub.

Bütün xəbərlər Facebook səhifəmizdə