Türkiyə-Azərbaycan əməkdaşlığı bir nümunədir AÇIQLAMA

“İstanbulda keçirilən D-8 iqtisadi əməkdaşlıq təşkilatının IX Zirvə Görüşündə Azərbaycan Prezidenti İlham Əliyev Türkiyə Prezidenti Ərdoğanın dəvəti ilə xüsusi qonaq qismində iştirak edib. Bu görüşdə Azərbaycan Prezidentinin iştirakı böyük əhəmiyyət kəsb edir. Tədbirin bütün məqamlarında ölkə başçısı İlham Əliyevə münasibət özəl və xüsusi idi. Bu həm də qürurvericidir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Eldəniz Səlimov deyib.

Onun sözlərinə görə, dünyada Türkiyə və Azərbaycan qədər yaxın əməkdaşlıq modelli ikinci bir nümunə tapmaq mümkün deyil: “Ölkə başçısının bu zirvə görüşündəki iştirakı Azərbaycan-Türkiyə münasibətlərinin yüksək səviyyədə olmasını bir daha sübut etdi. Bu tədbirin əhəmiyyəti ondan ibarətdir ki, Prezident İlham Əliyev Ermənistan tərəfindən Azərbaycan torpaqlarının 20%-nin işğal edilməsini və bir milyondan artıq vətəndaşımızın ata-baba yurdlarından, öz əzəli torpaqlarından qaçqın və didərgin düşməsini bütün dünyaya bəyan etdi. Cənab Prezidentin çıxışı görüş iştirakçıları tərəfindən rəğbətlə qarşılandı, qaldırılan məsələlərə iştirakçılar tərəfindən münasibət bildirildi”.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...