“SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 49-a çatıb

“SOCAR” brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 49-a çatıb
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, növbəti yanacaqdoldurma məntəqəsi bu gün Batumidə şəhər meriyası ilə üzbəüzdə açılıb.

Qeyd edək ki, artıq Gürcüstanda "SOCAR" brendi ilə fəaliyyət göstərən yanacaqdoldurma məntəqələrinin sayı 49-a çatıb.

Bütün xəbərlər Facebook səhifəmizdə