ABŞ-ın Azərbaycandakı səfir əvəzləyicisi: “Böhrandan sonra Azərbaycanda bank sisteminin inkişafında geriləmə müşahidə olunub”

ABŞ-ın Azərbaycandakı səfir əvəzləyicisi: “Böhrandan sonra Azərbaycanda bank sisteminin inkişafında geriləmə müşahidə olunub”

Amerika Birləşmiş Ştatları Azərbaycan hökümətinin iqtisadiyyatın gələcək inkişafı və mövcud olan potensialın daha da artırılması istiqamətində gördüyü işləri dəstəkləyir. SİA-nın xəbərinə görə, bunu Amerika Birləşmiş Ştatlarının Azərbaycanda səfiri vəzifəsini müvəqqəti icra edən Adam Sterlinq Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMA) təşkilatçılığı ilə keçirilən "Məsuliyyətli Mikromaliyyə" adlı konfransda çıxışı zamanı bildirib.

 

Onun sözlərinə görə, uğurlu nəticələr əldə olunsa da problemlər mövcuddur: "Qlobal maliyyə böhranından az itkilərlə çıxan Azərbaycanda bank sisteminin inkişafında geriləmə müşahidə olunur".

Bütün xəbərlər Facebook səhifəmizdə