“Contact” pul köçürmə sisteminin fəaliyyətinə qoyulmuş qadağa aradan qaldırılıb
Azərbaycan Mərkəzi Bankı (AMB) tərəfindən ölkə ərazisində Rusiyanın "Contact" beynəlxalq pulköçürmə sisteminin fəaliyyətinə qoyulmuş qadağa aradan qaldırılıb. Bunu jurnalistlərə açıqlamasında Azərbaycan Mərkəzi Bankının Kredit təşkilatlarının fəaliyyətinə nəzarət departamentinin direktoru Rəşad Orucov bildirib. Onun sözlərinə görə, "Contact" beynəlxalq pulköçürmə sisteminin Azərbaycanda fəaliyyəti tam bərpa olunub və artıq AMB tərəfindən ölkədə fəaliyyət göstərən kommersiya banklarına bununla bağlı müvafiq rəsmi məktub göndərilib.
Qeyd edək ki, Azərbaycan bankları iyunun 8-də və 11-də müvafiq olaraq "Migom" və "Leader" pulköçürmə sistemləri ilə də eyni səbəblərə görə əməkdaşlığı dayandırıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB