Sentyabr ayında Novorossiysk limanından 85 min 10 ton xam neft ixrac edilib

Sentyabr ayında Novorossiysk limanından 85 min 10 ton xam neft ixrac edilib
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi 2010-cu ilin sentyabr ayında Novorossiysk limanından 85 min 10 ton xam neft ixrac edib. Şirkətin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində həmin istiqamətdə 1 milyon 560 min 986 ton xam neft ixrac edilib.

Qeyd edək ki, sentyabr ayında dünya bazarında Brent tipli xam neftin 1 barreli 77,80 dollara, Urals nefti – 77,39 dollara, BTC FOB Ceyhan tipli xam neftin 1 barreli isə 79,20 dollara satılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə