Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə texniki detallar müzakirə olunur

Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə texniki detallar müzakirə olunur

Ankarada Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi üzrə texniki detalların müzakirə olunduğu ikigünlük toplantı keçirilir.

SİA-nın məlumatına görə, Türkiyə Dəmir Yolu Limanlar Baş İdarəsinin rəisi Əhməd Arslan bildirib ki, avqustun 3-də Bakıda Azərbaycan, Türkiyə və Gürcüstanın nəqliyyat nazirləri səviyyəsində keçirilmiş görüşdə bu toplantının keçirilməsi qərara alınıb. Ankaraya toplaşmış üç ölkənin mütəxəssisləri tikintisi davam edən dəmir yolu layihəsinin gələcək detallarını, maliyə və texniki məsələləri nazirlərin növbəti toplantısına təqdim edəcəklər.

Bütün xəbərlər Facebook səhifəmizdə