"Bu təkmilləşdirmə qərarların dürüst, dəqiq, çevik mexanizmidir" AÇIQLAMA

“Azərbaycan bütün sahələrində islahatlar aparılır, bu islahatların davamlı olaraq həyata keçirilir və ictimaiyyət tərəfindən dəyərləndirilir”. Bu sözləri SİA-ya açıqlamasında millət vəkili Məlahət İbrahimqızı deyib.

Onun sözlərinə görə, bu gün Azərbaycanda demokratik ölkələrin zəngin təcrübəsinə əsaslanan dövlət idarəçilik sistemi yaradılıb və formalaşdırılıb: “Nazirlər Kabinetindəki təkmilləşdirmə ilə bağlı edilən dəyişikliklər yüksək qiymətləndirilməlidir. Həyata keçirilən hər bir islahat xalqın, dövlətin güclənməsi naminə həmçinin, daha çeviklik və dəqiq işlər görülməsi üçün faydası var. Bu islahatlara Azərbaycan xalqı dəyər verir və davamını gözləyir. Çünki bu islahatların həyata keçirilməsi nəticəsində verilən qərarlar daha sürətli və çevikidarəetməyə hesablanıb.

Bu baxımdan Konstitusiyaya edilən əlavə və dəyişikliklər nəticəsində vitse-prezidentlər institutunun yaradılması da Azərbaycan dövlətçiliyi baxımından çox əhəmiyyətli bir addım və çevik bir mexanizmdir. Belə demək mümkündürsə, xüsusən hazırda prioritet olan iqtisadi sahədə ölkə prezidentinin qərarlarının dürüst, dəqiq, çevik mexanizmidir”.

Qeyd edək ki, Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 23 avqust tarixli Fərmanı ilə Nazirlər Kabineti Aparatının yeni strukturu təsdiq edilib və Aparatın işçilərinin say həddi (İşlər idarəsi istisna olmaqla) 200 ştat vahidi müəyyən edilib. Mövcud olan 11 şöbənin birləşdirilməsi nəticəsində 5 yeni şöbə yaradılıb. Həmçinin bir sıra şöbələrin adları dəyişdirilməklə fəaliyyət istiqamətləri təkmilləşdirilib.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə