Türkiyə bu məsələdə öz reaksiyasını verəcək AÇIQLAMA

Türkiyə bu məsələdə öz reaksiyasını verəcək AÇIQLAMA

“Rusiyanın Ermənistana silah verməsi regionda şəraitin daha da gərginləşməsinə yönəlib”. Bu sözləri SİA –ya açıqlamasında milllət vəkili Musa Qasımlı deyib.

Onun sözlərinə görə, Ermənistanın hərbi təcavüzü nəticəsində yaradılan Dağlıq Qarabağ münaqişəsinin həlli məqsədi ilə əsası qoyulan Minsk qrupunun həmsədri olan Rusiyanın Ermənistana silah verməsi həm həmsədrlik mandatı, həm beynəlxalq normalar, həm də mənəvi baxımdan yanlışdır: “Bu addım münaqişənin həllinə deyil, şəraitin daha da gərginləşməsinə yönəlib”.

Qeyd edək ki, 2015-ci il noyabrın 26-da imzalanan razılaşmaya əsasən, Rusiya Ermənistana müasir silahlar almaq üçün 200 milyon dollar kredit vermək öhdəliyi götürüb. Ermənistan hökuməti oktyabrın 12-də 100 milyon dollarlıq birinci kredit paketini təsdiq edib. Müqaviləyə əsasən, 100 milyonluq kredit Ermənistana 20 il müddətinə verilir.

Türkiyəli deputatların “Azərbaycanda demokratik təsisatların vəziyyəti” adlı tənqidi hesabat üzrə Qətnamənin lehinə səs vermələrinə münasibət bildirən millət vəkili hesab edir ki, Azərbaycanın rəsmi şəxsləri, siyasətçiləri, tanınmış ictimai və siyasi xadimləri, vətəndaş cəmiyyəti institutlarının nümayəndələri heç vaxt Azərbaycanın və Türkiyənin maraqları arasında fərq qoymayıblar. Əminəm ki, Türkiyə bu məsələdə öz reaksiyasını verəcək.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə