“Azərikimya” ilə Rusiyanın “Nijnekamskneftexim” ASC arasında ilkin razılaşma əldə olunub
Rusiya Federasiyasının "Nijnekamskneftexim" Açıq Səhmdar Cəmiyyətinin rəhbərliyi "Azərikimya" İstehsalat Birliyi ilə işgüzar əməkdaşlıq əlaqələri yaratmaq məqsədilə Sumqayıta səfər edib. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, tərəflər arasında aparılan işgüzar müzakirələr nəticəsində qərara alınıbki, bundan sonra "Azərikimya" İB və "Nijnekamskneftexim" tərəfdaşlıq əlaqələrini ildən-ilə genişləndirəcək, kimyəvi məhsulların mübadiləsini artıracaq, qarşılıqlı şəkildə perspektiv inkişafa nail olmaq üçün həm texnoloji planda, həm də kadr hazırlığı və mübadiləsi baxımından bir-birinə yardım göstərəcək, dünya bazarında mövqelərini möhkəmləndirmək məqsədi ilə çoxillik səmərəli əməkdaşlıq edəcək. Görüşün sonunda tərəflər arasında ilkin protokol imzalanıb.
Qeyd etmək lazımdır ki, "Nijnekamskneftexim" ASC özündə 10 kimya müəssisəsini birləşdirməklə 100-dən artıq çeşiddə kimya məhsulları, o cümlədən ümumi və xüsusi təyinatlı sintetik kauçuk, polietilen, polipropilen, polistirol, kauçuk və plastiklər üçün ilkin xammal olan monomerlər, həmçinin etilen və propilen oksidi, səthi aktiv maddələr və digər neft- kimya məhsulları istehsal edir.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB