Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ötən ildən hemofiliya və talassemiyadan əziyyət çəkən uşaqlara yardım göstərilməsi sahəsində "Savab Dünyası" Talassemiya Assosiasiyası və B.Eyvazov adına Elmi-Tədqiqat Hematologiya və Transfiziologiya İnstitutu ilə səmərəli əməkdaşlıq edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, 2009-cu ildə bu əməkdaşlıq çərçivəsində 3000 nəfərdən artıq neftçi qanvermə aksiyalarında iştirak edib
Bu il də neftçilər qan xəstəliklərindən əziyyət çəkən həmvətənlərimizə yardım məqsədi ilə aparılan kampaniyada fəallıq göstərirlər. İnstitutla birgə hazırlanan qrafikə əsasən, sentyabrın 6-dan başlayaraq ARDNŞ-nin müəssisə və təşkilatlarında qanvermə aksiyalarına start verilib. 8 yanvar 2011-ci ilədək davam edəcək qanvermə kampaniyasında şirkətin 23 struktur bölməsində çalışan 80 min nəfərə yaxın əməkdaşın könüllü iştirakı nəzərdə tutulub. "Azneft" İstehsalat Birliyindən başlanan aksiyada Birliyin idarə və müəssisələrində çalışan 1300-dən çox əməkdaş qan verib.
Təkcə "Neft daşları" NQÇİ-də 3 gündən artıq davam edən kampaniyada 450 nəfərə yaxın dəniz neftçisi könüllü olaraq iştirak edib. Oktyabrın 1-də ARDNŞ-nin Baş ofisinin və Şirkətin Sərmayələr İdarəsinin 60 nəfər əməkdaşı bu kampaniyaya qoşulub. Talassemiya və hemofiliyalı xəstələrə yardım məqsədi ilə vitse-prezidentlər, idarə rəhbərləri, mütəxəssislər və texniki işçilər qan veriblər. Qrafikə uyğun olaraq, ilin sonuna qədər ARDNŞ-nin digər struktur bölmələrinə daxil olan bütün idarə və müəssisələrin bu aksiyada iştirak edəcəyi planlaşdırılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB