Neftin qiymətində artım davam edir
Artıq 3-cü gündür neftin qiymətində artım müşahidə olunur. SİA-nın məlumatına görə, neftin bir barelinin qiyməti 81 dollar olaraq müşahidə olunub. Nyu-Yorkun NYMEX əmtəə birjasında WTI (Light Sweet) markalı neftin noyabr fyuçerslərinə olan qiyməti 1.61 dollar artaraq 81.58 dollar həcmində müşahidə edilib. Ekspertlərin fikrincə, bütün bunlara səbəb Ekvadorun OPEK-ə üzv olması ilə əlaqədardır. Qeyd edək ki Ekvadorda polislərin ölkə Prezidentini girov almaq aksiyası neft birjasında həyacana səbəb olub. Nəticədə neftin qiymətində güclü artım olub.

Bütün xəbərlər Facebook səhifəmizdə