Mərkəzi Bankın sədri “Citigroup”un nümayəndə heyətini qəbul edib

Mərkəzi Bankın sədri “Citigroup”un nümayəndə heyətini qəbul edib

Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov dünyanın tanınmış maliyyə təsisatlarından olan "Citigroup"un icraçı direktoru Bo Hammerikin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, görüşdə nümayəndə heyətinin rəhbəri Bo Hammerik təmsil etdiyi qurumun ölkəmizlə əməkdaşlıqdan məmnun olduğunu bildirib və "Citigroup"un Mərkəzi Bankla birgə əməkdaşlıq imkanlarının perspektivini qeyd edib.

Görüş zamanı Azərbaycan iqtisadiyyatı, xüsusilə maliyyə sektorunun inkişafı, ölkəmizin dövlət və özəl sektorlar üzrə gələcək investisiya planları ilə bağlı məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə