ABŞ Mərkəzi Bankı Fed-in Kanzas Siti şöbəsinin sədri Esther George iqtisadiyyatın yaxşı vəziyyətdə olduğunu və faizləri mərhələli olaraq yüksəltmənin məqsədəuyğun olacağını söyləyib. SİA xəbər verir ki, Esther George iqtisadiyyatda daha bir neçə il artımın davam edəcəyini qeyd edib. O, ikinci rübdə ilk rüblə müqayisədə iqtisadiyyatda yaxşı bir sıçrayış olduğunu deyib.
Esther George qasırğaların iqtisadiyyatda təsirinin qısamüddətli olacağını bildirib. Kanzas Siti Fed sədri dünyada da daha yaxşı inkişaf olduğunu vurğulayıb.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB