BTQ dəmir yolu yeni "İpək yolu" layihəsində mühüm rol oynayacaq

BTQ dəmir yolu yeni "İpək yolu" layihəsində mühüm rol oynayacaq

Bakı-Tbilisi-Qars dəmir yolunun Gürcüstan hissəsində tikinti işlərinin təxminən 70%-i başa çatıb. Dəmir yolu infrastrukturunun əsas hissəsinin tikintisi başa çatıb. Stansiyalar və digər infrastrukturların tikintisi davam edir. Bakı-Tbilisi-Qars Avropa və Asiya arasında yeni dəmir yolu əlaqəsi yaradacaq və bu da Gürcüstanın tranzit potensialını inkişaf etdirməyə imkan verəcək. Bu layihə üç ölkənin regionun nəqliyyat-ticarət qapısına çevrilməsi üçün səylərini birləşdirəcək və yeni "İpək yolu" layihəsində mühüm rol oynayacaq.

Adıçəkilən layihə dünyanın 100 qlobal layihəsindən biridir.

Qeyd edək ki, bu gün Gürcüstanın iqtisadiyyat və davamlı inkişaf naziri Georgi Qaxariya, "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanov və Türkiyənin nəqliyyat, dənizçilik və rabitə naziri Əhməd Arslan Bakı-Tbilisi-Qars dəmir yolunda aparılmış işlərlə tanış olacaqlar.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə