Azərbaycan Respublikası rabitə və informasiya texnologiyaları naziri Əli Abbasovun başçılığı altında nümayəndə heyətinin cari ilin 8-9 oktyabr tarixlərində Kuba paytaxtı Havanaya səfəri planlaşdırılır. Bu barədə SİA-ya nazirliyin mətbuat xidmətindən məlumat verilib.
Nümayəndə heyətinə yerli İT-şirkətlərin nümayəndələri də daxil olacaq. Kubanın informasiya və rabitə naziri Ramiro Valdes Menendezin dəvəti ilə keçirilən səfər çərçivəsində bir sıra görüşlərin keçirilməsi, həmçinin iki ölkə arasında informasiya və kommunikasiya texnologiyaları sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması planlaşdırılır.
Bundan əlavə həmin günlər Havanada telekommunikasiya və informatika üzrə 1-ci Kuba-Azərbaycan biznes-forumu baş tutacaq və Kubanın İnformatika Elmləri Universitetində Azərbaycan milli kompüter istehsalçılarının hədiyyəsi kimi kompüter auditoriyasının açılışı olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB