İqtisadi İnkişaf Nazirliyi sahibkarların investisiya layihələrinin qəbuluna start verib

İqtisadi İnkişaf Nazirliyi sahibkarların investisiya layihələrinin qəbuluna start verib
Azərbaycan Respublikası Prezidentinin 14 aprel 2009-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası regionlarının 2009-2013-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq, İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2010-cu il sentyabrın 24-də respublikanın sərhəd rayonlarından biri olan Astara rayonunda "Regionlarda sahibkarlığın inkişafına dövlət dəstəyi" mövzusunda tədbir keçirib. SİA-nın məlumatına görə, tədbir çərçivəsində yerli icra hakimiyyəti orqanlarının nümayəndələri və sahibkarlarla mövcud iqtisadi potensialdan daha səmərəli istifadə edilməsi məqsədi ilə müzakirələr aparılıb. Bununla əlaqədar, Sahibkarlığa Kömək Milli Fondu tərəfindən Astara rayonu üzrə sahibkarlıq subyektlərindən aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilib: - İntensiv sitrus və subtropik meyvəçiliyin inkişafı və soyuducu anbar komplekslərinin yaradılması; - Çayçılığın və kartofçuluğun inkişafının dəstəklənməsi. Bu gündən etibarən "Azərbaycan Respublikası Sahibkarlığa Kömək Milli Fondunun vəsaitlərinin istifadəsi Qaydaları"na uyğun olaraq, sahibkarlıq subyektləri müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Bütün xəbərlər Facebook səhifəmizdə