Azərbaycanın neft strategiyası nümunə göstərilir ŞƏRH

Azərbaycanın neft strategiyası nümunə göstərilir ŞƏRH

Bakı nefti yenidən dünyanın diqqət mərkəzində

Azərbaycan özünün müstəqillik tarixində daha bir uğura imza atdı. Bakıda "Azəri-Çıraq-Günəşli" yataqlar blokunun işlənməsi üzrə Hasilatın Pay Bölgüsüe sazişi 2050-ci ilə qədər uzadıldı. Yeni müqavilə siyasi və strateji baxımdan Azərbaycan üçün daha mükəmməl imkanlar açır.

Mərasimdə çıxış edən Prezident İham Əliyev Bakı neftinin əhəmiyyətini aydın şəkildə izah etdi. Bildirdi ki, "Azəri-Çıraq-Günəşli" yataqlar bokunun daha 2050-ci ilə qədər işlənməsi ilə Azərbaycana 3.6 milyard dollar bonus ödəniləcək. SOCAR-ın payı 25 faizə qaldırılır nəticə etibarı ilə Azərbaycana çatacaq mənfəət neftinin səviyyəsi 75 faiz təşkil edəcək.

Prezident öz nitqi ilə yaranmış bütün sualları cavablandırmış oldu. Bilindi ki, bu gün "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda 500 mln ton neft var. Azərbaycan yenə diqtə edən tərəfdir. Prezident İlham Əiyevin təəbirincə desək "Bakının seçim şansı 90-cı illərin əvvəllərindən fərqli olaraq daha çoxdur". Lakin Azərbaycan strateji partnyorluğa hər zaman önəm verdiyini nümayiş etdirərək seçimini yenidən BP-dən yana edib. Bu gün Azərbaycan neft ölkələrinə ən gözəl nümunədir. Düzgün müəyyən edilən xarici siyasət nəticəsində digər neft dövlətlərinin üzləşdiyi ağır siyasi mənzərə ilə qarşılaşmadı. Digər vacib faktor neft gəlirlərinin lazımı hədəflərə xərclənməsində özünü göstərir. Ölkəmizdə neft kapitalı insan kapitalına çevrilib. Neftdən əldə olunan gəlirlər hesabına Azərbaycanda 3 mindən artıq məktəb, 600-dən çox xəstəxana binası, 11 min km dən artıq avtomobil yolu inşa edilib. Müharibə şaritində yaşayan bir dövət olaraq 250 mindən artıq məcburi köçkün üçün 100-dən artıq qəsəbə salınıb, ən müasir standartlara cavab verən mənzillər tikilib. Azərbaycanda gəlirlərin neftdən aslığının minimuma endirilməsi üçün də geniş tədbirlər görülüb. Bu gün neft pullarının nəzərə çarpacaq dərəcədə hissəsi məhz qeyri-neft sektoruna yönəldilib.

Bakıda imzalanan müqavilə Avropanın gələcək taleyi baxımdan da xüsusi əhəmiyyət daşıyır. Azərbaycan nefti "Qoca qitə"nin enerji tələbatının ödənilməsində mühüm faktor kimi öz aktuallığını qoruyur. Elə Böyük Britanıyanın baş naziri Tereza Meyin təbrik məktubunda yer alan fikirlər əslində bütün Avropa ölkələrinin düşüncələrini ifadə etmiş olub. Mey Bakı-Tiflis-Cehyan neft kəmərinin ərsəyə gəlməsi dönəminə nəzər salır, bu strateji layihənin reallaşması ilə Avropanın neft təhlükəsizliyində Azərbaycanın xüsusi çəkisini bir daha vurğulayır.

Bakı nefti Cənubi Qafqazda təhükəsiziyin təmin olunması baxımından da olduqca önəmlidir. Azərbaycan Ermənistan istisna olmaqla öz qonşularının neft və qaza olan asıllığını aradan qaldırmış olub. Faktdır ki, Azərbaycan Gürcüstanın suverenliyinin ən başlıca qarantıdır. Rəsmi Tiflis traznit ölkə kimi Azərbaycanın qara qızılından milyonlara sahib olub. Azərbaycan öz nefti ilə qardaş Türkiyə üçün sözün həqiqi mənasında nəfəslik rolunu oynayır. Türkiyə Azərbaycan nefti ilə bərabər qazı sayəsində də tələbatını ödəyə bilir. Bir sözlə Azərbaycan bu gün də dünya üçün strateji önəm daşıyan dövlətərin sırasında dayanır. Ölkəmizə qarşı aparılan ikili siyasət belə bu reallığı dəyişmək qüdrətində deyil. Azərbaycan nüfuz və güc etibarı ilə Avropanın neft və qaz amilinə təsir etmək imkanlarına sahibdir. Və yaxın yüz il ərzində Bakı bu gücü özündə saxlamış olacaq.

İ.Məmmədov

Bütün xəbərlər Facebook səhifəmizdə