14 sentyabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə hərrac keçirilibdir. SİA xəbər verir ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7007 səviyyəsində formalaşıbdır.
Qeyd edək ki, bu gün rəsmi məzənnə 1.7008 manatdır.
12 sentyabr 2017-ci il tarixində Mərkəzi Bankda Dövlət Neft Fondunun da iştirakı ilə keçirilmiş hərracda manatın ortaçəkili məzənnəsi 1,7009-dan 1.7008 səviyyəsinə düşübdü.
Hərracda Dolların ucuzlaşdığı bəyan edilsə də, banklar dolların alış və satış qiymətlərini aşağı salmırlar. Dolların ən aşağı satış qiyməti 1.70 manatdan yüksək olaraq qalır.
Müəllif: Ruqiyyə Nəcəfzadə
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB