“Neft kimyası və neft emalı problemlərinin həllində kataliz” mövzusunda Azərbaycan-Rusiya beynəlxalq simpoziumu öz işinə başlayıb - YENİLƏNİB
Bu gün Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətində "Neftkimyası və neftemalı problemlərinin həllində kataliz" mövzusunda Azərbaycan-Rusiya beynəlxalq simpoziumu öz işinə başlayıb. SİA-nın məlumatına görə, simpozium AMEA, Rusiya Elmlər Akademiyasının (REA) Sibir Bölməsi (SB), AMEA-nın Y.Məmmədəliyev adına Neft-Kimya Prosesləri İnstitutu (NKPİ), REA SB-nin Kataliz İnstitutu, AMEA Kimya Bölməsi və REA-nın Kimya Elmləri Bölməsinin kataliz üzrə Elmi şurasının təşkilatçılığı ilə keçirilib.
Tədbirdən öncə AMEA-nın prezidenti və konfransda iştirak edən qonaqlar akademik Yusif Məmmədəliyevin məzarını ziyarət ediblər.
Daha sonra konfransı açıq elan edən AMEA-nın prezidneti Mahmud Kərimov vurğulayıb ki, ölkədə ilk dəfə olaraq keçirilən bu simpoziumda Azərbaycan və Rusiya alimləri ilə yanaşı Almaniya, Böyük Britaniya, Səudiyyə Ərəbistanı, İran və digər ölkələrdən dəvət olunmuş görkəmli alimlər də iştirak edirlər. Onun sözlərinə görə, simpoziumun keçirilməsində əsas məqsəd kataliz sahəsində əldə olunmuş elmi nailiyyərlərin müzakirəsi, tədqiqatların perspektiv istiqamətlərinin müəyyənləşdirilməsi və beynəlxalq əməkdaşlığın təşkil olunmasıdır. "Neft-kimyası sahəsinin kataliz proseslərində Azərbaycan alimlərinin böyük rolu olub. Kimya-kataliz böyük bir sahədir və hər hansı kimyəvi prosesi katalizsiz mümkün deyil".
Simpoziumun davamında "Neftkimaysı və neftemalı proseslərinin katalizatorları", "Neftkimyası və neftemalı katalitik proseslərinin və katalizatorlarının fiziki-kimyəvi tədqiqi", "Nanotexnologiya katalizdə" və "Katalizin ekoloji problemləri" bölmələri üzrə məruzələr dinlənilib.
Qeyd edək ki, "Neft kimyası və neft emalı problemlərinin həllində kataliz" simpoziumu sentaybrın 30-dək davam edəcək. Simpoziumun baş sponsoru AMEA, sponsoru isə REA SB-nın Kataliz İnstitutdur. Simpoziumun işində dünyanın müxtəlif ölkələrindən 80-ə yaxın xarıcı iştirakçı və qonaq iştirak edir. Simpoziumun elmi proqramında 17 plenar məruzə, 17 şifahi məruzə, 27 qısa məlumat və 83 stend məruzənin dinlənilməsi planlaşdırılır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB