Daşkənd şəhərində nəqliyyat bağlantıları üzrə ekspertlər qrupunun iclası keçiriləcək
2010-cu il 01-03 noyabr tarixlərində Özbəkistanın paytaxtı Daşkənd şəhərində Avro-Asiya Nəqliyyat Bağlantıları üzrə ekspertlər qrupunun V iclası keçiriləcəkdir. SİA-nın məlumatına görə, Daşkənd şəhərində təşkil ediləcək iclasda Nəqliyyat Nazirliyinin nümayəndəsi də iştirak edəcək. Qeyd edək ki, iclas BMT-nin Avropa İqtisadi Komissiyası (UNECE) çərçivəsində təşkil olunur. Ekspertlər qrupunun nəqliyyat sektorunun müxtəlif sahələrini özündə əks etdirən müzakirələrdə Nəqliyyat Nazirliyinin Beynəlxalq əlaqələr şöbəsinin əməkdaşının da iştirak edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB