Bakı Biznes Mərkəzində Kuba nümayəndə heyəti ilə görüş keçiriləcək
Bu gün İqtisadi İnkişaf Nazirliyinin (İİN) və nazirliyin Bakı Biznes Tədris Mərkəzinin (BBTM) təşkilatçılığı ilə Kuba nümayəndə heyəti arasında görüş keçiriləcək. SİA-nın məlumatına görə, görüşdə iki ölkə arasında iqtisadi əməkdaşlıq məsələləri müzakirə olunacaq. Qeyd edək ki, Kuba nümayəndə heyətinə xarici ticarət və investisiya nazirinin müavini Peres Oliva rəhbərlik edəcək. O cümlədən, heyətinin tərkibinə Kubanın kənd təsərüfatı nazirliyi və ticarət palatasının nümayəndələri daxildir. Qonaqların Xarici İşlər, Mədəniyyət və Turizim nazirliklərində də görüş keçirməsi planlaşdırılır.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB