"Tvinninq layihəsinin Azərbaycanda keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın qəbul edilməsinə tövhəsi" adlı konfrans keçiriləcək
Azərbaycan Respublikasının Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə 29-30 sentyabr 2010-cu il tarixlərində "Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrinin gücləndirilməsi" üzrə Tvinninq layihəsi çərçivəsində "Tvinninq layihəsinin Azərbaycanda keyfiyyət infrastrukturu üzrə yeni yanaşmanın qəbul edilməsinə tövhəsi" adlı konfrans keçiriləcək. Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsindən SİA-ya verilən məlumata görə, keçiriləcək konfransda bir çox məsələ ətrafında çıxışlar və müzakirələr olacaq. O cümlədən, "Standartlaşdırma, metrologiya, uyğunluğun qiymətləndirilməsi və akkreditasiya sahələrinin gücləndirilməsi" Tvinninq layihəsinin nəticələrinə və mahiyyətinə dair icmal, yeni yanaşmaya əsasən qanunvericiliyin uyğunlaşması, məhsulların təhlükəsizliyi və texniki tənzimləmə, CE markalanmasına dair Avropa yanaşması, sənaye inkişafında standartlaşdırmanın rolu, akkreditasiya və uyğunluğun qiymətləndirilməsi, Aİ-də bazara nəzarət və Azərbaycanda bu sahədə olan vəziyyət, metrologiya keyfiyyət infrasturkturunun bir hissəsi kimi mövzularında müzakirələrin keçirilməsi nəzərdə tutulur.
Qeyd edək ki, konfranda komitə rəhbərliyi, bir sıra dövlət qurumlarının təmsilçiləri, ölkəmizdə akkreditə olunmuş xarici ölkə və beynəlxalq təşkilatların nümayəndələri, digər maraqlı şəxslərin iştirakı nəzərdə tutulub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB