“Neft daşları”nda yeni quyu qazılır

“Neft daşları”nda yeni quyu qazılır
"Neft Daşları" yatağındakı 2521 nömrəli platformadan eyni saylı ilk quyunun qazmasına başlanılıb. Dövlət Neft Şirkətinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, Kompleks Qazma İşləri Trestinin "Neft Daşları" Dəniz Qazma İdarəsi tərəfindən Qala-2 lay dəstəsinə qazılan quyunun layihə dərinliyi 1490 metrdir. 2521 nömrəli quyuda qazma işlərinin bu ilin noyabr ayında başa çatdırılması gözlənilir.

Qeyd edək ki, 2521 nömrəli platformadan ümumilikdə 12 quyunun qazılması nəzərdə tutulub.

Bütün xəbərlər Facebook səhifəmizdə