Sənayedə istehsal olunmuş malların həcmi 18,4 milyard manat
2017-ci ilin yanvar-iyul aylarında Bakı şəhərində sənayedə istehsal olunmuş malların və göstərilmiş xidmətlərin həcmi 5,6% azalaraq 18,4 mlrd. manat təşkil edib. Bakı Şəhər Statistika İdarəsindən SİA –ya verilən məlumata görə, sənaye məhsulunun 81,9%-i mədənçıxarma, 15,6%-i emal, 1,8%-i elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,7%-i isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub. Sənayedə qeyri-dövlət sektorunun payı 81,2% olub. Ümumi istehsalın 85,8%-i sənaye məhsulunun istehsalı, 14,2%-i isə sənaye xarakterli xidmətlərin göstərilməsi hesabına yaradılıb.
İstehsal edilmiş məhsulun böyük hissəsi istehlakçılara göndərilib, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında avqustun 1-i vəziyyətinə 382,7 mln. manatlıq hazır məhsul olub.
Sənaye müəssisələrinin anbarlarında başqa müəssisələrdən alınıb və satış üçün nəzərdə tutulmuş 15,6 mln. manat məbləğində digər məhsullar da mövcud olub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB