Vahid Əhmədov: "Nabucco layihəsi ətrafinda danışıqlar aparıla bilər" - AÇIQLAMA
"İran hazırda neft və qaz sektorunda əsas dövlətlərdən biridir. Aparılacaq danışıqlardan biri də Nabucco layihəsi ətrafında ola bilər". İqtisadçı ekspert Vahid Əhmədov SİA-ya verdiyi açıqlamasında belə deyib. Ekspert onu da qeyd edib ki, bir çox iqtisadi məsələlər ətrafında danışıqların aparılması gözlənilir. O cümlədən, ticarət əlaqələrinin genişlənməsi mövzusunda da danışıqlar aparıla bilər. Daha sonra ekspert gündəmdə olan Ermənistan-İran iqtisadi əlaqələrinə də toxunaraq qeyd edib ki, İranın hansısa şirkəti Ermənistanla iqtisadi əlaqələr qura bilər. Ancaq bu o demək deyil ki, İranın Ermənistanla rəsmi olaraq hansısa vacib iqtisadi əlaqə yaratmasını biz razılıqla qarşılamalıyıq. Onu da qeyd edim ki, İran Azərbaycanın ərazi bütövlüyünü tanıyan və Qarabağ məsələsində bizim mövqeyimizi müdafiə edən dövlətlərdəndir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB