İnvestisiya layihələri qəbul edilir

İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondu 2017-ci il avqustun 31-də Tərtər rayonunda işgüzar forum keçirilibdir. İqtisadiyyat Nazirliyindən SİA-ya verilən məlumata görə, sahibkarlardan aşağıdakı istiqamətlərdə investisiya layihələrinin maliyyələşdirilməsi üçün təkliflərin qəbulu məqsədəuyğun hesab edilibdir:

- intensiv bağçılıq (alma, gilas, xırnik, ərik), üzümçülük və kiçik cins heyvandarlıq təsərrüfatlarının yaradılması;

- kiçik pendir istehsalı müəssisəsinin və 3 ulduzlu otelin yaradılması.

Bu gündən etibarən sahibkarlar investisiya layihələrinin maliyyələşdirilməsi məqsədilə müvəkkil kredit təşkilatları vasitəsilə Fonda müraciət edə bilərlər.

Əlavə məlumat üçün İqtisadiyyat Nazirliyinin Sahibkarlığa Kömək Milli Fonduna müraciət etmək olar:

Ünvan: Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küçəsi, 172

Telefon: (012) 434-74-29

Faks: (012) 432-37-17

e-mail: [email protected]

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə