Bank VTB-nin “Gənclik” filialı Qurban bayramında da xidmət göstərəcək

Bank VTB-nin “Gənclik” filialı Qurban bayramında da xidmət göstərəcək

Bank VTB (Azərbaycan)-ın “Gənclik” filialı Qurban bayramının tətil günlərində fəaliyyət göstərəcək. “Gənclik” filialı 01-04 sentyabr tarixlərində saat 10:00-dan 16:00-dək müştərilərə xidmət göstərəcək.

Adi iş günlərində olduğu kimi, qeyd olunan günlərdə də “Gənclik” filialı müştərilərə valyuta mübadiləsi, təcili pul köçürmə sistemi üzrə vəsaitin ödənilməsi və göndərilməsi, mədaxil əməliyyatları, hesabların açılması, plastik kartların sifarişi və verilməsi, hesablar üzrə çıxarışların verilməsi, məsləhətlər üzrə bütün xidmətləri təqdim edəcək.

“Gənclik” filialı "Ganjlik Mall" ticarət mərkəzi ilə üzbəüz, M.K. Atatürk prospekti 2 ünvanında, “Gənclik” metrostansiyasının çıxışında yerləşir.

Müştərilər həmçinin istənilən zaman VTB (Azərbaycan)-ın nağd vəsaitlərlə təchiz olunmuş bankomatlarından istifadə edə bilər.

Bank VTB (Azərbaycan) ASC VTB Bank ASC-nin törəmə bankıdır. Bank VTB (Azərbaycan) ASC-nin səhmdarları: VTB Bank ASC və “AtaHolding” ASC-dir. Bank VTB (Azərbaycan) ASC korporativ biznesi, kiçik və fərdi biznesi təmsil edən müştərilərə, eləcədə fiziki şəxslərə xidmət göstərir.

Bütün xəbərlər Facebook səhifəmizdə