"Neft Daşları” yatağında yeni quyu istismara verilib

"Neft Daşları” yatağında yeni quyu istismara verilib

“Neft Daşları” yatağındakı 602A nömrəli stasionar dəniz özülündən 2665 nömrəli quyu qazmadan sonra istismara verilibdir. SOCAR - dan SİA -ya verilən məlumata görə, kompleks Qazma İşləri Tresti tərəfindən qirməki lay dəstəsinə qazılan quyu qazlift üsulu ilə məhsul vermiş, 1375-1356 metr intervaldan sutkalıq 8 ton neft hasilatı ilə istismar fonduna qəbul edilibdir.

Qeyd edək ki, quyu “Azneft” İstehsalat Birliyinin “Neft Daşları” Neft və Qazçıxarma İdarəsinin sifarişi ilə qazılıbdır.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə