ARDNŞ: "Gürcüstanda SOCAR adı ilə 48 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir"
Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) Gürcüstanda "SOCAR" brendi altında fəaliyyət göstərən yanacaqdoldurma məntəqələri şəbəkəsini genişləndirməkdə davam edir. Qurumun mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, qonşu dövlətin ərazisində daha 2 yanacaqdoldurma stansiyası açılıb. Bununla da Gürcüstanda əhaliyə yüksək keyfiyyətli xidmət göstərən "SOCAR Energy Georgia" MMC-yə məxsus YDM-lərin sayı 48-ə çatıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB