Xoşbəxt Yusifzadə: “Gələn il qaz hasilatında artım müşahidə olunacaq” - AÇIQLAMA
Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (ARDNŞ) vitse-prezidenti Xoşbəxt Yusifzadə gələn ilin neft və qaz hasilatının proqnozlarını verib. SİA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlama verən X.Yusifzadə bildirib ki, gələn il neft hasilatı builki səviyyədə qalacaq, lakin təbii qaz istehsalında artım müşahidə olunacaq.
Onun sözlərinə görə, neft hasilatının eyni dərəcədə qalmasına səbəb köhnə yataqlarda neft hasilatının həmin səviyyədə saxlanmasının çətin olmasıdır: "Lakin qazda artım müşahidə oluna bilər. Ümumiyyətlə, Azərbaycan üzrə neft hasilatı bu ilin sonuna qədər artacaq. Belə ki, 2009-ci ildə 50, 4 milyard kub metr olubsa, bu il rəqəmlərin qiyməti ondan bir qədər yüksək olacaq. Ancaq qaz ötən il 23,6 milyard kub metr olubsa, bu il 28 milyard olacağı gözlənilir".
ARDNŞ-ın vitse-prezidenti vurğulayıb ki, hazırda quruda əhəmiyyətli kəşfiyyat işləri aparılır.
"Ümid və Buğla dənizində kəşfiyyat qazma işləri gedir. Gələn ay Abşeronda bu işlərə start veriləcək. Naxçıvanda isə kəşfiyyat qazma işlərinə gələn ildən başlanacaq", - deyə X.Yusifzadə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB