2010-cu il sentyabrın 24-də Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) Müşahidə Şurasının növbəti iclası keçirilib. ARDNF-dən SİA-ya verilən məlumata görə, Azərbaycan Respublikasının baş naziri, Dövlət Neft Fondunun Müşahidə Şurasının Sədri Artur Rasizadənin sədrliyi ilə keçirilən iclasda Fondun 2010-cu il büdcəsində dəyişikliklərin edilməsi məsələsinə baxılıb.
Müşahidə Şurası təqdim olunmuş Fondun 2010-cu il büdcəsinə dəyişiklikləri məqbul hesab edib və həmin dəyişikliklərin təsdiq olunmaq üçün Azərbaycan Respublikası Prezidentinə təqdim olunmasını qərara alıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB