Neft hasilatının azaldılması üzrə saziş nəzərdən keçiriləcək AÇIQLAMA
"Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri ilə avqustun 21-də Avstriyanın paytaxtı Vyanada görüş olub. Bu sözləri SİA – ya açıqlamasında iqtisadçı İlham Şaban deyib. Onun sözlərinə görə, OPEC üzv və kartelə üzv olmayan ölkələrin nümayəndələri avqustun 25-dək neft hasilatının azaldılması üzrə sazişi nəzərdən keçirəcəklər. Görüşün məqsədi OPEC və OPEC+ ölkələrinin öz kvotalarına əməl etməsi ilə bağlı məsuliyyətin artırılması məsələlərini ciddiləşdirməkdir.
Qeyd edək ki, Neft İxrac Edən Ölkələr Təşkilatına (OPEC) üzv və kartelə üzv olmayan ölkələr noyabır ayında da neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübündən sonkarı dövrü də əhatə etməsini müzakirə edəcək. Sazişə qoşulan ölkələr neft ehtiyatlarının son beş ilin orta göstəricisinə çatdırmağı hədəfləyirlər.
Xatırladaq ki, ötən il noyabrın 30-da OPEC üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq 32,5 milyon barrelə endirilməsi barədə razılıq əldə olunub. Dekabrın 10-da isə Vyanada OPEC üzvləri ilə təşkilata daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə sazişə imza atıb. Neft hasilatının azaldılması üzrə sazişə müvafiq olaraq Azərbaycan iyulda hasilatı sutkada 35 min barrel azaltmaqla bağlı götürdüyü öhdəliyi tam yerinə yetirib. Ölkə üzrə gündəlik neft hasilatı yanvar ayı ərzində 793,9 min barrel, fevralda 776,4 min barrel, martda 733,3 min barrel, apreldə 781,1 min barrel, mayda 785,3 min barrel, iyunda isə 793,7 min barrel olub. Mayın 25-də OPEC Nazirlər Şurasının 172-ci iclası çərçivəsində OPEC-ə üzv və qeyri-üzv dövlətlər arasında neft hasilatının azaldılmasına dair sazişin müddətinin 2018-ci ilin birinci rübünün sonunadək uzadılması barədə razılıq əldə olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB