Qızılın qiyməti davamlı olaraq bahalaşmaqdadır

Qızılın qiyməti davamlı olaraq bahalaşmaqdadır. SİA-nın məlumatına görə, Nyu Yorkun NYMEX əmtəə birjasında qızılın qiyməti rekord həddə çatıb. Belə ki, bu dəfə qızılın qiyməti 0.3 faiz bahalaşaraq bir unsiyaya görə 1296.3 dollar olub.

Digər qiymətli metalların da qiymətində dəyişmə müşahidə olunub. Gümüşün qiyməti qalxaraq bir unsiyaya görə 16.9277, platinin qiyməti aşağı düşərək bir unsiyaya görə 1309.7312, palladiumun da qiyməti aşağş düşərək bir unsiyaya görə 434.4357 təşkil edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...