AZN məzənnələri açıqlandı

Avqustun 17-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi avqustun 16-sı ilə müqayisədə dəyişməyərək 1,7008 manat olub. SİA xəbər verir ki, avro/manat məzənnəsi isə 2.0035 manata qalxıb.

Avqustun 16-da rəsmi olaraq 1 dollar 1,7008 manata, 1 avro isə 1.9972 manata bərabər idi.

Qeyd edək ki, bu gün Mərkəzi Bankda valyuta hərracının keçiriləcəyi gözlənilir.

Müəllif: Ruqiyyə Nəcəfzadə

Bütün xəbərlər Facebook səhifəmizdə