Bakıda Azərbaycan-Cənubi Koreya işgüzar görüşü keçiriləcək
Sentyabrın 13-də Bakıda Azərbaycan-Cənubi Koreya işgüzar görüşü keçiriləcək. Trend-in məlumatına görə, bu barədə Koreyanın Azərbaycandakı səfirliyindən məlumat verilib. Məlumatda qeyd olunur ki, bu məqsədlə Azərbaycana 10 Koreya şirkətinin ("Yelim Paint Spray", "Mattron Corporation", "Dongsan Valve", "Jin Gu Engineering", "Kwangwoon", "KEONSAE HIGH PRESSURE", "Daedong Marine TECH", "MSTECH", "DAEDONG INDUSTRIES" və "Beomchang") nümayəndəsi gələcək.
Koreya şirkətlərinin səfəri çərçivəsində Bakıda həmçinin “Koreya və Azərbaycan arasında gəmiqayırma sahəsində ikitərəfli əməkdaşlıq” tədbiri keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB