Rusiya aviaşirkəti ölkəmiz üzərindən Honqkonqa yük daşıyacaq
Rusiya aviaşirkəti Azərbaycandan keçməklə Honqkonqa yük daşıyacaq. Bu barədə Rusiya Hava Nəqliyyatı Federal Agentliyinin Aviadaşıyıcıların beynəlxalq daşımalara buraxılması üzrə komissiyasının protokolunda qeyd olunub.
Rusiyaya məxsus “AirBridgeCargo” yük aviaşirkəti Bakı-Honqkonq hava məkanından keçmək hüququ üçün yükdaşıma icazəsi alıb. Yük Moskva-Bakı-Honqkonq hava marşrutu ilə daşınacaq. Uçuşlar həftədə 4 dəfə həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB