136 min hektarda pambıq əkini əkilib və gübrələr 70 % güzəştlə verilib AÇIQLAMA
Pambıqçılığın inkişafı Azərbaycanda prioritet sahələrindən biri sayılır. Bu sahəyə ölkə başçısının göstərdiyi diqqət və qayğı, keçirilən müşavirələr və verilən tapşırıqlar deməyə əsas verir ki, bu sahə yenidən dirçəlir. Bu il Saatlı şəhərində keçirlən müşavirə və görülən işlər bunun bariz nümunəsidir. Belə ki, bu il ən çox pambıq tədarükü Saatlı rayonunda gözlənilir, çünki pambıqçılığın rayonun inkişafına çox böyük xeyri var. Eyni zamanda, biz pambıqçılıqla məşğul olan bütün rayonlarda sürətli inkişafı görürük. Verilən tapşırıqların icrası ilə bağlı Kənd Təsərrüfatı Nazirliyiinin də üzərinə böyük iş düşür. Nazirlik rəsmisi İmran Cümşüdov SİA –ya açıqlamasında bildirib ki, keçirilən müşavirədə ölkə başçısı İlham Əliyev konkret olaraq mərkəzi və yerli icra hakimiyyəti orqanları qarşısında vəzifə qoyub. Onun sözlərinə görə, pambıqçılıq pioritet sahədir, və aidiyyatı qurumlar bu sahənin inkişaf planına uyğun olaraq pambıqçılığı inkişaf etdirməlidir: “Kənd Təsərrüfatı Nazirliyi olaraq 2017- ci il, təsərrüfat ilində sahələr seçilib və pambıq əkilib. Aqrotexniki qulluq işlərinin vaxtında keyfiyyətlə yerinə yetirilməsi üçün bütün mütəxəssislər bölgələrə səfərbər olub. Səpin işlərindən başlamış, məhsulun çiçəklənməsi və digər müddət mərhələli şəkildə izlənilib. Bir aydan sonra məhsulun yığım dövrü başlanacaq və bu müddətə qədər bütün aqrotexniki qaydalara əməl etməklə fermerlərə tövsiyyələr olunub, bukletlər paylanılıb. Konkret olaraq hər bir təsərrüfata səfər edilib. Kənd təsərrüfatı işçiləri dərmanlamada alaq otlarına qarşı səmərəli mübarizə tədbirlərinin təşkilində iştirak edib. Möhtərəm cənab Prezidentin, pambıqçılara göstərdiyi qayğı və diqqət bu gün öz bəhrəsini verməkdədir. Belə ki, pambıq əkininə ayrılan subsidiyalar, gübrə və pestisidlərə tətbiq olunan güzəştlər öz müsbət təsirini göstərir. Eyni zamanda, “Aqrolizinq”ASC xətti ilə pambıqçılıqda istifadə olunan ən müasir texniki avadanlıqlar respublikamıza gətirilib. Bu müasir avadanlıqlar şirkətlərə və aqroservislərə verilibdir. 100 qədər pambıqyuyan kombayn gətirilib və 200 qədər də sifariş olunub. Bu sifarişlər artıq icra edilib, yeni kombaynlarda gətirilib. Bu il əkin sahəsi genişlənib. Keçən il 51 min hektar pambıq əkin sahəsi həyata keçirildiyi halda, bu il 136 min hektarda pambıq əkini əkilib. İntensiv olaraq qulluq işləri davam etdirilir və bununla bağlı gübrələr 70 % güzəştlə verilib. Pambıq istehsalçılarına bölgələrdə çeşidli gübrələrimiz "Aqrolizinq" ASC xətti ilə gətirilib. Eyni zamanda, hüquqi və fiziki şəxslər tərəfindən gətirilən gübrələr məhsul istehsalçılarına verilib. Pambıqçılığa dövlət dəstəyi fonunda son məhsula görə istehsal olunan emal müəsisəsinə təhvil verilən hər kq xam pambığa, 10 qəpik subsidiyanın verilməsi istehsalçının marağına səbəb olub. Bu kimi həvəsləndirici tədbirlər sayəsində insanlar pambığın əkilib becərilməsinə maraqla yanaşırlar. Bu məsələ iqtisadi baxımdan səmərəli, eyni zamanda əmək tutumludur. Bölgələrdə kənd yerlərində işsizliyin aradan qaldırılması üçün yaxşı vasitədir. Bu baxımdan emal müəsisələrinin artırılması pambığın son məhsula qədər ölkəmizdə istehsalnın təşkili ilə əlaqədar olaraq ölkə başçısının tağşırığı var. Bununla bağlı Mingəçevirdə sənaye parkının yaradılması gələcəkdə istehsal olunan pambığın son məhsula qədər emalı təşkil olunacaq. Bu hal isə ölkəyə külli miqdarda valyutanın gəlməsinə səbəb olacaq".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB