Yasamal rayonu yeni inşa edilən yaşayış binalarının sayına görə ilk yerdədir

Yasamal rayonu yeni inşa edilən yaşayış binalarının sayına görə ilk yerdədir

2010-cu ilin avqust ayı ərzində "Əmlak Bazarı İştirakçıları" İctimai Birliyi monitorinq qrupu tərəfindən paytaxtın ilkin mənzil bazarında növbəti monitorinq aparılıb. Birlikdən SİA-ya verilən məlumata görə, avqust ayı bir sıra dövlət əhəmiyyətli layihələrin bünövrəsinin qoyulması ilə yadda qalsa da, bu seqment üzrə yaşayış binalarının siyahısına heç bir bina daxil olmayıb. Bununla belə ilkin bazar mövsümə uyğun olan aktivliyin, canlanmanın müşahidə edilməsi ilə yadda qalıb. Aktivlik xüsusilə Yasamal, Xətai və Nərimanov rayonlarında hiss edilib.

İlkin bazara təklif olan mənzillərin 80%-i təkrar satışa çıxarılan mənzillər olduğundan və yeni tikililər siyahısında azalma qeydə alınmayıb. Bir qayda olaraq 16 mərtəbəli yeni tikililər arasında 5-12-ci mərtəbələrə tələbat daha çoxluq təşkil etməkdədir ki, bu da binanın tam satılıb qurtarmasına və satış siyahısından çıxmasına mane olur.

Avqust ayında tikinti şirkətlərinin sayı ötən aydakı kimi 153 ədəd, satışa çıxarılan binaların sayı isə 441 ədəd olub. Ümumilikdə aparılan araşdırmalar deməyə əsas verir ki, hazırda əsas tələbat əsasən ekonom tipli, yəni, Yasamal rayonunda (Mətbuat prospekti) 700-800, Xətai rayonunda (metro ətrafı) 500-600 və Nərimanov rayonunda 900-1000 manat arasında satılan binalaradır.

İlkin mənzil bazarında aparılan qiymət monitorinqinin nəticələrinə görə, paytaxt üzrə avqust ayında ərzində satış üçün təklif оlunmuş mənzillərin оrta qiymətində stabillik müşahidə edilib. Qiymətlər ötən ayda olduğu kimi 1 kv.metr üzrə 866 manat səviyyəsində qərarlaşıb.

Ötən rübün müvafiq dövrü ilə müqayisədə qiymət azalması 0,5 %, ötən illə müqayisədə 9,4%, 2010-cu ilin yanvar ayı ilə nisbətdə isə 3,5% təşkil edib.

Yasamal rayonu digər aylarda olduğu kimi inşa edilən yaşayış binalarının sayına görə (27,4%) ilk yerdədir, daha sonra isə Xətai (20,9) və Nəsimi (17,2%) rayonları gəlir. Ötən aylardakı kimi, yеni tikililərdə 3 оtaqlı mənzillər daha çох üstünlük təşkil еdir. 5 оtaqlı mənzillər əsasən şəhərin 1 zоnasında üstünlük təşkil еdir, 1 оtaqlı mənzillər isə daha çох 3-cü zоnanın payına düşür.

Bütün xəbərlər Facebook səhifəmizdə