Avqust ayında tikinti materiallarının orta qiymətində 4,7% artım olub
"Əmlak Bazarı İştirakçıları" İB-nin monitorinq qrupu tərəfindən 2010-cu ilin avqust ayında paytaxtın tikinti materialları bazarında növbəti araşdırması zamanı məlum olub ki, ötən aylarda hökm sürən alıcılıq passivliyi avqustda bəzi tikinti materiallarının alqı-satqısı üzrə aktivliyin artması ilə müşahidə edilib. Hətta taxta məhsullarının, xüsusilə bəzi növlərinə olan tələbatın artması bu məhsul üzrə kəskin qiymət artımı ilə nəticələnib. Birlikdən SİA-ya verilən məlumata görə, səbəb Rusiya meşələrində yanğınların davam etməsi nəticəsində ixrac olunan taxta məhsullarında azalmalar, eyni zamanda Sabirabadda və sel basmış digər zonalarda aparılan təmir və tikinti işləri ilə bağlıdır.
Beləliklə taxta məhsullarının bəzi növləri üzrə böyük qıtlıq yaranması nəticəsində məhsulun qiyməti bu vaxtadək müşahidə edilməyəcək dərəcədə artıb. Rusiyadan gətirilən rəndələnməmiş şam növündən olan taxtanın qiymət artımındakı fərqi aşağıdakı cədvəldən müşahidə edə bilərik.
|
Ötən ayla müqayisədə |
İlin əvvəli ilə müqayisədə |
Ötən illə müqayisədə | ||||||
|
İyul 2010 |
% |
Avqust 2010 |
Yanvar 2010 |
% |
Avqust 2010 |
Sentyabr 2009 |
% |
Avqust 2010 |
|
220,00 |
22,73 |
270,00 |
195,00 |
38,5 |
270,00 |
200,00 |
35,0 |
270,00 |
Digər məhsullarda da, xüsusilə tikintinin əsas çəkisini təşkil edən materilların alqı-satqısında aktivlik və qiymət artımları nəzərə çarpıb. Avqust ayında daş karxanalarında, xüsusilə Qaradağ karxanasında aktivliyin hiss olunacaq dərəcədə artması daş bazarlarında bu növə olan tələbatı artırıb, karxanadan daş çıxarmaq isə bir çox sürücülər və satıcılar üçün müşkülə çevrilib. Lakin bu məhsul üzrə heç bir qiymət artımı müşahidə edilməyib. Yerli metal istehsalı bazarında da mövsümlə əlaqədar olaraq artımlar qeydə alınıb.
Avqust ayında inşaatın əsas çəkisini təşkil edən 38 adda 88 növdə tikinti materialının qiymət monitorinqi aparılıb. Yerli bazarda istehsal olunan məhsulların ümumi bazardakı həcmi 54,55%, idxal məhsullarının qiyməti isə 45,45% təşkil edib.
Ümumilikdə avqust ayında tikinti materiallarının orta qiymətində 4,7% artım baş verib. Bu vaxtadək müşahidə edilməyən bu artım nəticəsində araşdırılan 35 adda, 88 növdə tikinti materialından 35 növü üzrə qiymət artımı, yalnız 1 növ məhsulda isə qiymət azalması baş verib. Artım müşahidə edilən materialların siyahısı aşağıdakı kimi olub:
|
Taxta |
+22,73 |
Künyə |
+13,92 |
|
Dikt |
+2,30 |
Şveller |
+2,03 |
|
DSP |
+3,13 |
Boru |
+3,21 |
|
DVP |
+12,0 |
Sink təbəqə |
+0,60 |
|
Armatur |
+3,65 |
Katinka |
+8,57 |
|
Şifer |
+1,08 |
Dam örtüyü |
+6,78 |
|
Şüşə |
+4,71 |
Laminat-parket |
+9,09 |
|
Peneplast |
+6,67 |
|
|
Qiymət azalması yalnız yerli plastik boru məhsullarında (-0,32%) baş verib. Digər tikinti materilları üzrə qiymətlər stabil qalıb.
Avqust ayında qiymət artımı ötən ilin müvafiq dövrü ilə müqayisədə 16,9%, ötən rübün müvafiq dövrü ilə müqayisədə 1,7%, ötən ayla müqayisədə isə 4,7% təşkil edib. 2010-cu ilin yanvar ayından bu yana 21,4% qiymət artımı müşahidə edilib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB