Avronun məzənnəsini dəyişməsinə hansı amillər təsir edəcək? AÇIQLAMA
"Bu həftə Avropa Birliyinin aparıcı ölkələrində sənaye istehsalı üzrə iyun ayının yekunları elan edildi". Bu sözləri SİA – ya açıqlamasında iqtisadçı Vüqar Bayramov deyib. Onun sözlərinə görə, gözlənilənlərin əksinə olaraq Almaniyada sənaye istehsalı bu ilin birinci yarım ilinin son ayında 1.1 faiz aşağı düşüb: "Halbuki həmin ay üçün 0.2 faiz artım proqnozlaşdırılırdı. Almaniya sənayesindəki azalma xəbəri avronun məzənnəsinə da təsirsiz ötüşmədi. Ötən həftələr artan templə məzənnəsi dəyişin avropa pulunun kursu bu həftə müəyyən qədər aşağı düşdü. Sabah İspaniyada sənaye istehsalı üzrə göstərici elan olunacaq. Bu göstərici də neqativ olarsa o zaman avronun məzənnəsinə daha ciddi təsirlər ola bilər".
Qeyd edək ki, avqust ayının biri ABŞ puluna nisbətən stabillik nümayiş etdirən milli valyutamızın Avropa pulu qarşısında ucuzlaşması təbii ki, avronun dollara nisbətən möhkəmlənməsi ilə bağlı idi. Belə ki, manatın dollara nisbətən birbaşa, digər valyutalar ilə çarpaz məzənnəsi müəyyənləşdiyi üçün qlobal valyuta bazarında baş verənlər milli valyutamızın başqa dönərli pullar ilə kursuna birbaşa təsir göstərib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB